- Transfer
- 13:59 30.08.2026
“Kristal Pelas”ın vingeri İsmaila Sarr karyerasını “Liverpul”da davam etdirmək niyyətindədir.
90deqiqe.Az-ın “The Sun”a istinadən məlumatına görə, 28 yaşlı seneqallı futbolçu “qırmızılar”ın Kudi Qakponu əvəzləmək üçün nəzərdən keçirdiyi əsas namizədlərdən biridir.
Məlumata görə, Sarr “Liverpul”a keçməkdə qəti qərarlıdır. Futbolçu klubdan ayrılmaq istəyini rəhbərliyə çatdırıb və transfer pəncərəsi bağlanana qədər sövdələşmənin baş tutacağına ümid edir.
Qeyd edək ki, İsmaila Sarr “Kristal Pelas”ın heyətində 92 oyuna çıxıb. O, bu matçlarda 33 qol vurub və 10 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalının məlumatına görə, “qartallar”ın ulduz futbolçusunun bazar dəyəri 45 milyon avro qiymətləndirilir.