- Transfer
- 13:59 30.08.2026
Son günlər mətbuatda “Barselona”nın “İnter”in futbolçusu Federiko Dimarkonu heyətinə qatmaq istədiyi və bunun müqabilində Alexandro Baldeni qarşı tərəfə təklif edəcəyi barədə xəbərlər yayılıb.
90deqiqe.Az-ın məlumatına görə, Kataloniya klubu əsas heyətdəki yerini itirən 22 yaşlı Baldeni transfer anlaşmasına daxil etməklə 28 yaşlı italiyalını əldə etmək niyyətindədir.
Lakin məşhur insayder Fabritsio Romanonun məlumatına görə, bu xəbərlər həqiqəti əks etdirmir. Tərəflər arasında futbolçuların mübadiləsi ilə bağlı heç bir danışıqlar aparılmır.
Digər tanınmış insayder Nikolo Şira da “İnter”in Dimarkonu satmaq niyyətində olmadığını bildirir. Məlumata görə, Milan klubu 28 yaşlı cinah müdafiəçisi ilə müqavilənin müddətini uzatmaq üçün danışıqları davam etdirir.
Qeyd edək ki, “Transfermarkt” hər iki futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.