- Transfer
- 13:59 30.08.2026
“Liverpul” “Kristal Pelas”ın vingeri İsmaila Sarrın transferi üçün yeni təklif hazırlayır.
90deqiqe.Az-ın məlumatına görə, “orl”ar daha əvvəl 28 yaşlı futbolçunu 60 milyon avroya “Liverpul”a satmaqdan imtina edib. Mersisayd klubu bu dəfə Sarr üçün 75-80 milyon avro aralığında təklif irəli sürəcək.
Seneqallı futbolçu “Liverpul”da “Mançester Siti” ilə anlaşan Kudi Qakponu əvəz etmək üçün əsas namizəd hesab olunur.
İsmaila Sarr cari mövsümdə hələ meydana çıxmayıb. O, ötən mövsüm “Kristal Pelas”ın heyətində keçirdiyi 45 oyunda 21 qol vurub və 2 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 45 milyon avro qiymətləndirir.