- Transfer
- 13:59 30.08.2026
“Liverpul”un niderlandlı vingeri Kodi Qakpo “Mançester Siti”yə keçməyə yaxındır.
90deqiqe.Az-ın məlumatına görə, “şəhərlilər” 27 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq müqavilənin şərtləri barədə razılığa gəliblər.
İndi “Mançester Siti” transferi başa çatdırmaq üçün “Liverpul”la anlaşmalıdır. Sövdələşmənin İngiltərə vitse-çempionuna 100 milyon avroya başa gələcəyi gözlənilir.
Bununla da Mançester klubu Qakpo üçün daha əvvəl 80 milyon avro təklif edən “Tottenhem”i qabaqlayıb.
Qeyd edək ki, Kodi Qakpo yeni mövsümdə İngiltərə Premyer Liqasında iki oyunda meydana çıxıb. Niderlandlı futbolçu bu görüşlərdə bir qol vurub və bir məhsuldar ötürmə edib.