- Transfer
- 23:28 30.08.2026
“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.
Ağdam klubundan 90deqiqe.Az-a verilən məlumata görə, Kiprin APOEL klubu ilə danışıqlar uğurla yekunlaşıb və braziliyalı yarımmüdafiəçi Dieqo Rosa icarə əsasında “Qarabağ”a keçib.
23 yaşlı futbolçu ilə birillik icarə müqaviləsi imzalanıb. Anlaşmaya əsasən, icarə müddətinin sonunda “Qarabağ”ın Dieqo Rosanın transfer hüquqlarını almaq imkanı olacaq.
Karyerasına Braziliyanın “Qremio” klubunda başlayan Rosa 2021-ci ildə İngiltərənin “Mançester Siti” klubuna transfer olunub. Daha sonra o, Belçikanın “Lommel”, Portuqaliyanın “Vizela”, Braziliyanın “Bahia” və “İnter” klublarında çıxış edib. Yarımmüdafiəçi 2025-ci ildə APOEL-ə keçib.
Dieqo Rosa Braziliyanın U-16 və U-17 milli komandalarının da formasını geyinib.