31 avqust 2026. Bazar ertəsi

“Aston Villa”nın hücumçusu Səudiyyə Ərəbistanına keçdi


  • Transfer
  • 22:32 30.08.2026
  • Oxunma sayı: 47
“Aston Villa”nın hücumçusu Səudiyyə Ərəbistanına keçdi

“Aston Villa”nın hücumçusu Ollie Uotkins karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, Birmingem klubu 30 yaşlı forvardın “Əl-Hilal”a transferini rəsmən açıqlayıb. Uotkins Səudiyyə klubuna icarə əsasında deyil, tam transferlə keçib.

İngiltərəli futbolçu 2020-ci ildən “Aston Villa”nın formasını geyinirdi. O, ötən mövsüm bütün turnirlərdə 55 matça çıxaraq 21 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalının məlumatına görə, Uotkinsin hazırkı bazar dəyəri 25 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, Uotkins “Aston Villa”nın heyətində UEFA Avropa Liqasının qalibi olub. O, həmçinin İngiltərə millisinin heyətində 2026-cı il dünya çempionatının bürünc medalını qazanıb.

Forvard daha əvvəl “Brentford”, “Ekseter Siti” və digər klublarda da çıxış edib.







Transfer