31 avqust 2026. Bazar ertəsi

“Barselona” Qabriel Xesusla bağlı razılığa gəldi


  • Transfer
  • 22:47 30.08.2026
  • Oxunma sayı: 39
“Barselona” Qabriel Xesusla bağlı razılığa gəldi

“Barselona” İngiltərənin “Arsenal” klubunun hücumçusu Qabriel Xesusun transferi ilə bağlı London təmsilçisi ilə razılığa gəlib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin məlumatına görə, “Arsenal” 29 yaşlı forvardın transferindən 10 milyon avro və bonuslar əldə edəcək. Transferin yekunlaşması üçün braziliyalının avqustun 31-də “Barselona” üçün tibbi müayinədən keçəcəyi bildirilib.

Qeyd edək ki, Qabriel Xesus 2022-ci ilin yayından “Arsenal”ın formasını geyinir. O, London klubunun heyətində bütün turnirlər üzrə 123 oyunda 32 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun “Arsenal”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” portalının məlumatına əsasən, Qabriel Xesusun hazırkı bazar dəyəri 17 milyon avro qiymətləndirilir.







Transfer