31 avqust 2026. Bazar ertəsi

“Qalatasaray” Rafael Leaonu transferini rəsmiləşdirdi


  • Transfer
  • 22:55 30.08.2026
  • Oxunma sayı: 35
“Qalatasaray” Rafael Leaonu transferini rəsmiləşdirdi

Türkiyənin “Qalatasaray” klubu İtaliyanın “Milan” komandasında çıxış edən hücumçu Rafael Leaonu transfer edib.

90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi bu keçid üçün “Milan”a 38 milyon avro ödəyəcək. Bundan əlavə, İtaliya klubu futbolçunun növbəti satışından əldə olunacaq gəlirin 20 faizinə sahib olacaq.

“Qalatasaray” 27 yaşlı portuqaliyalı ulduzla 4 illik müqavilə imzalayıb. Leao İstanbul klubunda il ərzində 10 milyon avro zəmanətli maaş alacaq.

“Milan” da Rafael Leaonun transferini rəsmən təsdiqləyib. Klub futbolçuya “rossoneri” formasında keçirdiyi yeddi mövsüm ərzində göstərdiyi peşəkarlıq və sədaqətə görə təşəkkür edib.

Qeyd edək ki, Leao 2019-cu ildə Fransanın “Lill” klubundan “Milan”a keçib. O, İtaliya təmsilçisinin heyətində bütün turnirlər üzrə 291 oyunda 80 qol və 65 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu 2021/2022 mövsümündə “Milan”ın Skudetto qazanmasına, 2024-cü ildə isə İtaliya Superkubokunu əldə etməsinə kömək edib.

“Transfermarkt” portalının məlumatına görə, Rafael Leaonun bazar dəyəri 50 milyon avro təşkil edir.

“Qalatasaray” isə yeni transferini sosial şəbəkə hesabında xüsusi video ilə təqdim edib.

Paylaşımda Avropa ilə Asiyanı birləşdirən İstanbulun coğrafi mövqeyinə işarə edilərək, “Avropa ilə Asiya arasında; yeni külək, yeni dalğa, yeni hekayə. Sörf vaxtıdır!” ifadələrindən istifadə olunub.

Qeyd edək ki, Rafael Leao 2019-cu ildə Fransanın “Lill” klubundan “Milan”a transfer olunub. O, İtaliya təmsilçisinin heyətində bütün turnirlər üzrə 291 oyunda 80 qol və 65 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 50 milyon avro qiymətləndirilir.







Transfer