- Transfer
- 23:28 30.08.2026
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu İngiltərənin “Arsenal” komandasında çıxış edən Qabriel Martinellinin transferi ilə bağlı razılığa gəlib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə məşhur jurnalist Fabrizio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Əl-Hilal” 25 yaşlı hücumçunun keçidi üçün “Arsenal”a 65 milyon avrodan çox təzminat və bonuslar ödəyəcək.
Martinellinin yaxın günlərdə Səudiyyə Ərəbistanına yollanaraq yeni klubu ilə uzunmüddətli müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, braziliyalı futbolçu ötən mövsüm “Arsenal”ın heyətində bütün turnirlər üzrə 53 oyunda 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.