31 avqust 2026. Bazar ertəsi

“Atletiko” “Yuventus”un hücumçusunu transfer etmək istəyir


  • Transfer
  • 23:28 30.08.2026
  • Oxunma sayı: 48
“Atletiko” “Yuventus”un hücumçusunu transfer etmək istəyir

İspaniyanın “Atletiko” klubu “Yuventus”un hücumçusu Conatan Devid üçün rəsmi təklif göndərib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə məşhur jurnalist Fabrizio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, Madrid təmsilçisi 26 yaşlı kanadalı forvardı icarə əsasında, sonradan satın alma şərti ilə heyətinə qatmaq istəyir. Tərəflər mümkün transferin şərtlərini müzakirə etməyə davam edirlər. Futbolçunun özünün də “Atletiko”ya keçməyə müsbət yanaşdığı bildirilir.

Bununla belə, “Yuventus” Devidi buraxmağa tələsmir. Turin klubu hücumçunun gedişinə yalnız onun yerinə yeni futbolçu transfer etdikdən sonra razılıq verə bilər.

Qeyd edək ki, Conatan Devid 2025-ci ilin yayından “Yuventus”un formasını geyinir. Onun Turin klubu ilə müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədədir.







Transfer