31 avqust 2026. Bazar ertəsi

“Yuventus” Zirkzini Devidin əvəzləyicisi kimi görür


  • Transfer
  • 01:06 31.08.2026
  • Oxunma sayı: 46
“Yuventus” Zirkzini Devidin əvəzləyicisi kimi görür

“Yuventus”un hücumçusu Conatan Devid yaxın zamanda Turin klubundan ayrıla bilər.

 90deqiqe.Az-ın məlumatına görə, kanadalı forvardla Madrid “Atletiko”su maraqlanır və artıq onun transferi ilə bağlı “Yuventus”a rəsmi təklif göndərib.

Turin təmsilçisi “Mançester Yunayted”in hücumçusu Coşua Zirkzinin nümayəndələri ilə əlaqəni davam etdirir. Niderlandlı futbolçu Devidin mümkün gedişindən sonra “Yuventus”un hücum xəttini gücləndirmək üçün əsas namizəd hesab olunur.

Zirkzi ilə yanaşı, “Fiorentina” da 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.

“Transfermarkt” portalı niderlandlı hücumçunun hazırkı bazar dəyərini 20 milyon avro qiymətləndirir.

Qeyd edək ki, Zirkzi yeni mövsümdə “Mançester Yunayted”in keçirdiyi hər iki Premyer Liqa matçında ehtiyat oyunçular skamyasında qalıb.







Transfer