31 avqust 2026. Bazar ertəsi

“Milan” “Mançester Yunayted”in müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 01:14 31.08.2026
  • Oxunma sayı: 44
“Milan” “Mançester Yunayted”in müdafiəçisini transfer etmək istəyir

“Mançester Yunayted”in mərkəz müdafiəçisi Lenni Yoro “Milan”ın maraq dairəsinə düşüb.

 90deqiqe.Az-ın “Tuttosport”a istinadən məlumatına görə, “rossoneri” 20 yaşlı futbolçunun vəziyyətini yaxından izləyir. Fransalı müdafiəçi son vaxtlar İngiltərə klubunun əsas heyətindəki yerini itirib.

“Milan”ın baş məşqçisi Ruben Amorim futbolçunun istedadını yüksək qiymətləndirir. Portuqaliyalı mütəxəssis Yoro ilə “Mançester Yunayted”də birgə çalışdığı vaxtdan onun böyük pərəstişkarıdır.

20 yaşlı futbolçunun transfer qiyməti təxminən 50 milyon avro dəyərləndirilir. Mümkün keçidin reallaşmasında futbolçunun maraqlarını təmsil edən məşhur agent Jorje Mendeşin əsas rol oynaya biləcəyi bildirilir.

Qeyd edək ki, “Mançester Yunayted” Yoro ilə 2024-cü ilin yayında “Lill”dən 62 milyon avro qarşılığında transfer edib. Mərkəz müdafiəçisinin İngiltərə klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.







Transfer