31 avqust 2026. Bazar ertəsi

Kərim Benzemanın “Əl-Hilal” macərası başa çatdı


  • Transfer
  • 21:13 31.08.2026
  • Oxunma sayı: 66
Kərim Benzemanın “Əl-Hilal” macərası başa çatdı

Fransalı ulduz futbolçu Kərim Benzemanın Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə əməkdaşlığı başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, ötən mövsümün qış transfer pəncərəsində “Əl-İttihad”dan “Əl-Hilal”a keçən 38 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Klub Benzema ilə yolların ayrıldığını sosial şəbəkə hesablarında açıqlayıb.

Hər şey üçün təşəkkürlər, Kərim”, - deyə paylaşımda bildirilib.

Benzema “Əl-Hilal”ın formasında ümumilikdə 16 matç keçirib. O, bu görüşlərdə 10 qol vurub və 5 məhsuldar ötürmə edib.







Transfer