31 avqust 2026. Bazar ertəsi

“Komо” “Çelsi”nin qapıçısını transfer etmək istəyir


  • Transfer
  • 21:17 31.08.2026
  • Oxunma sayı: 24
“Komо” “Çelsi”nin qapıçısını transfer etmək istəyir

İtaliya təmsilçisi “Komo” İngiltərənin “Çelsi” klubunun qapıçısı Robert Sançesi transfer etmək imkanını nəzərdən keçirir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Goal” nəşri məlumat yayıb.

“Komo” daha əvvəl “Çelsi” ilə müdafiəçi Trevo Çalobanın transferi ilə bağlı razılığa gəlib. İtaliya klubu 26 yaşlı futbolçu üçün London təmsilçisinə 34,5 milyon avro ödəyəcək.

Robert Sançes isə “Aston Villa”dan Emiliano Martinesin “Çelsi”yə keçidindən sonra əsas heyətdəki yerini itirib. İspaniyalı qapıçının “Fulhem”lə oyunda (3:2) etdiyi səhvlərdən sonra Martines start heyətində yer alıb.

Bununla belə, “Komo”nun əsas transfer hədəfi hələlik hücumçu mövqeyinin gücləndirilməsidir. Klub rəhbərliyi əvvəlcə bu məsələnin həllinə çalışacaq. Qapıçı transferi ilə bağlı qərar isə daha sonra veriləcək.







Transfer