31 avqust 2026. Bazar ertəsi

“Arsenal” “Lion”un futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 21:21 31.08.2026
  • Oxunma sayı: 60
“Arsenal” “Lion”un futbolçusunu transfer etmək istəyir

İngiltərənin “Arsenal” klubu “Lion”un 21 yaşlı vingeri Malik Fofanaya transfer təklifi göndərməyi nəzərdən keçirir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Athletic” məlumat yayıb.

London təmsilçisi daha əvvəl də belçikalı futbolçu ilə maraqlanıb. Fofana hətta “Arsenal”ın baş məşqçisi Mikel Arteta ilə görüşərək danışıqlar aparıb. “Lion”un UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazana bilməməsindən sonra isə “Arsenal”ın futbolçuya marağı daha da artıb.

Fofana bu mövsüm keçirdiyi 5 oyunda 2 qol vurub. O, Çempionlar Liqasının təsnifat mərhələsində “Fənərbağça”nın, Fransa çempionatında isə “Tuluza”nın qapısına yol tapıb.

Ümumilikdə Malik Fofana “Lion”un heyətində 83 matçda meydana çıxıb və 19 qol vurub.

21 yaşlı vinger 2024-cü ilin yanvarında Belçikanın “Gent” klubundan “Lion”a transfer olunub. Fransa təmsilçisi bu keçid üçün 17 milyon avro ödəyib. Fofananın “Lion”la müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir.







Transfer