31 avqust 2026. Bazar ertəsi

“Bavariya”nın müdafiəçisi klubdan ayrıla bilər


  • Transfer
  • 21:30 31.08.2026
  • Oxunma sayı: 60
“Bavariya”nın müdafiəçisi klubdan ayrıla bilər

Almaniyanın “Bavariya” klubunun müdafiəçisi Hiroki İto yay transfer pəncərəsi bağlanana qədər komandanı tərk edə bilər.

90deqiqe.Az-ın “tz.de”yə istinadən məlumatına görə, yapon futbolçunun nümayəndələri onun xidmətlərini Niderlandın “Ayaks” klubuna təklif ediblər.

Amsterdam təmsilçisi İtonu müdafiə xəttini gücləndirmək üçün namizədlərdən biri kimi nəzərdən keçirir.

26 yaşlı futbolçu 2024-cü ilin yayında “Ştutqart”dan “Bavariya”ya 23,5 milyon avro qarşılığında transfer olunub. Lakin zədələr yapon müdafiəçinin Münhen klubunun əsas heyətində möhkəmlənməsinə mane olub. İto indiyədək “Bavariya”nın heyətində 31 matçda meydana çıxıb.

İto bu mövsüm Almaniya Superkubokunda “Ştutqart”a qarşı keçirilən oyunda (2:1), həmçinin Bundesliqanın ilk turunda eyni rəqiblə qarşılaşmada (5:1) iştirak etməyib.

Daha əvvəl “Bavariya”nın 26 yaşlı futbolçunun transferinə razı olduğu barədə məlumat yayılmışdı. İtonun Münhen klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Onun hazırkı bazar dəyəri 18 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, “Bavariya”nı transfer pəncərəsi bağlanana qədər Sasa Boe də tərk edə bilər. Fransa müdafiəçinin klubdan ayrılmaq istədiyi bildirilir. Lakin onunla bağlı hələlik konkret təklif yoxdur.







Transfer