31 avqust 2026. Bazar ertəsi

“Mançester Siti” “Palmeyras”ın futbolçusunu transfer etdi


  • Transfer
  • 21:40 31.08.2026
  • Oxunma sayı: 58
“Mançester Siti” “Palmeyras”ın futbolçusunu transfer etdi

İngiltərənin “Mançester Siti” klubu Braziliyanın “Palmeyras” komandasının vingeri Allan Eliası transfer edib.

 90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Allan Elias “Palmeyras”ın heyətində bütün turnirlər daxil olmaqla 96 matçda meydana çıxıb və 9 qol vurub.

Qeyd edək ki, “Mançester Siti” yay transfer pəncərəsində daha əvvəl Elliot Anderson və Ayyub Buaddini də heyətinə qatıb.

Bundan başqa, Mançester təmsilçisi Enzo Fernandesin transferi üçün “Çelsi”, Kodi Qakponun keçidi ilə bağlı isə “Liverpul”la danışıqları davam etdirir.







Transfer