31 avqust 2026. Bazar ertəsi

“Atalanta” İngiltərə millisinin üzvünü transfer edir


  • Transfer
  • 21:43 31.08.2026
  • Oxunma sayı: 59
“Atalanta” İngiltərə millisinin üzvünü transfer edir

İtaliyanın “Atalanta” klubu “Bolonya”nın vingeri Conatan Rouunun transferi ilə bağlı razılığa gəlib.

90deqiqe.Az-ın məlumatına görə, 23 yaşlı futbolçu ilkin olaraq icarə əsasında Berqamo təmsilçisinə keçəcək. Müqavilədə onun transferinin məcburi satınalma şərti də yer alacaq.

Transferin sabit məbləği 35 milyon avro təşkil edəcək. Daha 5 milyon avro bonuslar nəzərdə tutulub. Bildirilir ki, ingiltərəli futbolçunun özü də karyerasını məhz “Atalanta”da davam etdirmək istəyib.

Conatan Rou 2025-ci ilin yayından “Bolonya”nın formasını geyinir. Bundan əvvəl isə ingiltərəli futbolçu “Marsel” və “Norviç” klublarında çıxış edib.







Transfer