31 avqust 2026. Bazar ertəsi

Qabriel Xesus “Barselona”ya keçmək üçün İspaniyaya getdi


  • Transfer
  • 21:49 31.08.2026
  • Oxunma sayı: 47
Qabriel Xesus “Barselona”ya keçmək üçün İspaniyaya getdi

“Arsenal”ın hücumçusu Qabriel Xesus İspaniyanın Barselona şəhərinə yollanıb.

90deqiqe.Az-ın məlumatına görə, braziliyalı futbolçunun yaxın saatlarda “Barselona”ya keçidini rəsmiləşdirməsi gözlənilir. 29 yaşlı hücumçu əvvəlcə tibbi müayinədən keçəcək, daha sonra Kataloniya klubu ilə müqavilə imzalayacaq.

Tərəflər arasında razılaşmaya əsasən, Xesus “Barselona” ilə ikiillik müqavilə bağlayacaq. Sazişin müddətinin daha bir il uzadılması da mümkün olacaq.

“Barselona” futbolçunun transferinə görə “Arsenal”a 10 milyon avro ödəyəcək. Daha 5 milyon avro bonuslar şəklində nəzərdə tutulub.

Qabriel Xesusun “Barselona”nın yeni transferi kimi təqdimatının çərşənbə axşamı və ya çərşənbə günü keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, braziliyalı hücumçu 2022-ci ilin yayında “Mançester Siti”dən “Arsenal”a transfer olunmuşdu.







Transfer