1 sentyabr 2026. Çərşənbə axşamı

“Ayntraxt” 36 yaşlı hücumçunu transfer etmək istəyir


  • Transfer
  • 22:35 31.08.2026
  • Oxunma sayı: 62
“Ayntraxt” 36 yaşlı hücumçunu transfer etmək istəyir

Almaniyanın “Ayntraxt” klubu 36 yaşlı hücumçu Xoselu ilə maraqlanır.

 90deqiqe.Az-ın “Sky Sport”a istinadən məlumatına görə, tərəflər artıq danışıqlara başlayıblar. Lakin ispaniyalının karyerasını davam etdirmək üçün bir neçə variantı var.

İspaniyalı forvarda ölkəsindən bir neçə klubun marağı olduğu bildirilir. Bundan əlavə, ötən bazar günü İtaliyanın “Latsio” klubu da Xoselu ilə əlaqə saxlayıb. Bundesliqada isə futbolçu ilə “Union Berlin” maraqlanır. Buna baxmayaraq, ən konkret təklifin “Ayntraxt”dan olduğu qeyd edilir.

Xoselu daha əvvəl, 2013/14 mövsümündə Frankfurt təmsilçisinin formasını geyinib. Hücumçunun son klubu Qətərin “Əl-Qarafa” komandası olub.

İspaniyalı futbolçu karyerası ərzində “Real Madrid”, “Nyukasl” və digər klublarda da çıxış edib.

Xoselu İspaniya millisinin heyətində 2024-cü ildə Avropa çempionu olub.







Transfer