- Transfer
- 23:44 31.08.2026
İspaniyanın “Valensiya” klubu “Liverpul”un yarımmüdafiəçisi Harvi Elliotun transferi ilə bağlı razılığa gəlib.
90deqiqe.Az-ın “Marca”ya istinadən məlumatına görə, 23 yaşlı futbolçu 2027-ci ilin iyununa qədər icarə əsasında “Valensiya”da çıxış edəcək. Razılaşmada ingiltərəli futbolçunun transfer hüququnun alınması ilə bağlı bənd yer almayıb.
Elliotun yaxın saatlarda Valensiyaya yollanaraq tibbi müayinədən keçəcəyi gözlənilir. Bundan sonra onun keçidi rəsmiləşdiriləcək.
İngiltərəli futbolçunun La Liqada 17-ci pillədə qərarlaşan “Valensiya”nın hücum xəttini gücləndirməsi planlaşdırılır. Elliot bir neçə mövqedə oynamaq bacarığı ilə seçilir.
O, ötən mövsüm “Liverpul”un heyətində 11 matçda meydana çıxıb və İngiltərə Kubokunda “Brentford”la oyunda bir qol vurub. Elliot bu mövsüm isə komandanın heç bir matçının iştirak ərizəsinə daxil edilməyib.