1 sentyabr 2026. Çərşənbə axşamı

Dünya çempionu “Yuventus”a keçir


  • Transfer
  • 23:08 31.08.2026
  • Oxunma sayı: 46
Dünya çempionu “Yuventus”a keçir

“Lion”un müdafiəçisi Nikolas Talyafiko karyerasını “Yuventus”da davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, Turin klubu bazar ertəsi axşamı 34 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtləri barədə razılığa gəlib.

Talyafikonun “Yuventus”a keçidi Xuan Kabalın transfer pəncərəsi bağlanana qədər “Atalanta”ya transferindən asılıdır. Bu keçid reallaşacağı təqdirdə argentinalı müdafiəçinin Turin klubunun heyətinə qatılması gözlənilir.

Qeyd edək ki, Talyafiko avqustun 31-də 34 yaşını qeyd edib. Argentinalı futbolçu 2022-ci ildən “Lion”un formasını geyinir. O, daha əvvəl ölkəsində “İndependiente” və “Banfild” klublarında çıxış edib.

Transfermarkt portalı təcrübəli müdafiəçinin hazırkı bazar dəyərini 4 milyon avro qiymətləndirir. Talyafikonun “Lion”la müqaviləsi 2027-ci ilin yayında başa çatır.







Transfer