- Transfer
- 23:44 31.08.2026
“Nyukasl”ın hücumçusu Nik Völtemade karyerasını İtaliyanın “Yuventus” klubunda davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, Turin təmsilçisi 24 yaşlı futbolçunun icarəsi ilə bağlı “Nyukasl”la şifahi razılığa gəlib. Almaniyalı forvard transfer pəncərəsinin son günündə “Yuventus”a qoşulacaq.
“Yuventus” Völtemadenin birillik icarəsi üçün 3,5 milyon funt sterlinq (təxminən 4 milyon avro) ödəyəcək. Razılaşmada futbolçunun sonradan transfer olunması ilə bağlı satınalma opsiyası və ya məcburi öhdəlik nəzərdə tutulmayıb.
Qeyd edək ki, Nik Völtemade ötən ilin yayında “Ştutqart”dan 75 milyon avro qarşılığında “Nyukasl”a transfer olunub.
24 yaşlı hücumçu İngiltərə klubunun heyətində 53 matçda meydana çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.