1 sentyabr 2026. Çərşənbə axşamı

“Tottenhem” “Çelsi”nin ukraynalı futbolçusunu istəyir


  • Transfer
  • 23:44 31.08.2026
  • Oxunma sayı: 53
“Tottenhem” “Çelsi”nin ukraynalı futbolçusunu istəyir

“Çelsi”nin vingeri Mixail Mudrik karyerasını “Tottenhem” klubunda davam etdirə bilər. 

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Athletic” məlumat yayıb. "Spurs" klubu ukraynalını icarəyə götürmək üçün London təmsilçisinə müraciət edib.

 “Çelsi” isə Mudrikin transferi ilə bağlı digər variantları da nəzərdən keçirir. London klubu daha əvvəl “Lids”in ukraynalı futbolçunu icarəyə götürmək təklifini rədd edib. Mudrikə Fransa təmsilçisi “Strasburq”un da maraq göstərdiyi bildirilir.

“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi 25 yaşlı futbolçu ilə “Şaxtyor”da birgə çalışıb. Mudrik 2021/22 mövsümündə italiyalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi oyunlarda 2 qol vurub və 9 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Mudrik 2024-cü ilin noyabrından “Çelsi”nin heyətində rəsmi matçlarda meydana çıxmayıb. O, antidopinq qaydalarının pozulması ilə bağlı işin həllindən sonra 2026-cı ilin iyulunda məşqlərə və oyunlarda iştirak etməyə icazə alıb.







Transfer