- Transfer
- 01:13 01.09.2026
İngiltərə millisinin üzvü Ceydon Sanço “Əl-İttihad”a keçməyəcək.
90deqiqe.Az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı klubu 26 yaşlı vingerin transferini nəzərdən keçirib. Lakin rəhbərlik bazarda daha uyğun variantların olduğuna qərar verərək Sançonun keçidindən imtina edib.
Bununla yanaşı, ingiltərəli futbolçuya Dortmund “Borussiya”sı və Türkiyə çempionatında çıxış edən klubların da maraq göstərdiyi bildirilir.
Ceydon Sanço iyulun əvvəlində müqaviləsinin müddəti başa çatdıqdan sonra “Mançester Yunayted”i azad agent kimi tərk edib.
26 yaşlı futbolçu ötən mövsüm icarə əsasında “Aston Villa”da çıxış edib. O, 39 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.