1 sentyabr 2026. Çərşənbə axşamı

“Everton” ABŞ millisinin hücumçusunu transfer edir


  • Transfer
  • 00:49 01.09.2026
  • Oxunma sayı: 44
“Everton” ABŞ millisinin hücumçusunu transfer edir

İngiltərənin “Everton” klubu “Monako”nun hücumçusu Folarin Balogunun transferi ilə bağlı razılığa gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi amerikalı futbolçu üçün 45 milyon avro ödəyəcək. Daha 5 milyon avro bonuslar şəklində nəzərdə tutulub. Bundan əlavə, “Monako” Balogunun gələcəkdə mümkün satışından əldə olunacaq məbləğin müəyyən faizini də alacaq.

Fransa klubu transferə razılıq verib. Keçidin rəsmiləşməsi üçün “Everton”un Balogunla şəxsi müqavilənin şərtlərini razılaşdırması tələb olunur.

Balogun 2023-cü ilin avqustundan “Monako”nun formasını geyinir. O, həmin vaxt “Arsenal”dan Fransa klubuna keçib.

Amerikalı hücumçu ötən mövsüm bütün turnirlərdə 43 matçda meydana çıxıb, 19 qol vurub və 4 məhsuldar ötürmə edib.







Transfer