- Transfer
- 01:13 01.09.2026
“Everton”un vingeri İliman Ndiaye karyerasını “Mançester Siti”də davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, klublar 26 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəliblər. Bu barədə məşhur jurnalist Fabrizio Romano məlumat yayıb.
“Mançester Siti” Ndiayenin keçidi üçün bonuslar da daxil olmaqla 65 milyon funt sterlinq (təxminən 76 milyon avro) ödəyəcək.
“Everton” artıq futbolçuya transferin rəsmiləşdirilməsi üçün tibbi müayinədən keçməyə icazə verib. Ndiaye də “Mançester Siti”yə keçməyə razılıq verib.
Seneqallı futbolçu ilə daha əvvəl “Arsenal” və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klublarının maraqlandığı bildirilirdi.
Ndiaye 2024-cü ildən çıxış etdiyi “Everton”un heyətində bütün turnirlərdə 74 matça çıxıb, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.