1 sentyabr 2026. Çərşənbə axşamı

“Çelsi”nin müdafiəçisi “Tottenhem”ə keçir


  • Transfer
  • 01:13 01.09.2026
  • Oxunma sayı: 37
“Çelsi”nin müdafiəçisi “Tottenhem”ə keçir

“Çelsi”nin mərkəz müdafiəçisi Tosin Adarabioyo “Tottenhem”ə keçməyə yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, London klubları 28 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəliblər. Söhbət icarədən deyil, tam transferdən gedir.

Adarabioyo da keçidə razılıq verib və müqavilənin rəsmiləşdirilməsi üçün tibbi müayinədən keçməsinə icazə verilib.

Bununla yanaşı, Mixail Mudrikin də eyni istiqamətdə hərəkət edəcəyi gözlənilir. Ukraynalı vingerin “Tottenhem”ə icarə keçidi də razılaşdırılıb.

Tosin Adarabioyo 2024-cü ilin yayından “Çelsi”də çıxış edir. İngiltərəli müdafiəçi London klubunun heyətində ümumilikdə 70 matç keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.







Transfer