1 sentyabr 2026. Çərşənbə axşamı

Barkolanın transferi futbol tarixində ən bahalı 10 keçid sırasına daxil oldu


  • Transfer
  • 10:47 01.09.2026
  • Oxunma sayı: 48
Barkolanın transferi futbol tarixində ən bahalı 10 keçid sırasına daxil oldu

Fransa millisinin və PSJ-nin hücumçusu Bredli Barkolanın İngiltərənin “Liverpul” klubuna transferi futbol tarixinin ən bahalı keçidləri sırasına daxil olub.

90deqiqe.Az "Transfermarkt" statistika portalına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 23 yaşlı futbolçunun transferi üçün PSJ-yə 125 milyon avro ödəyib. Bununla da Barkolanın keçidi futbol tarixində 10-cu ən bahalı transfer kimi qeydə alınıb.

125 milyon avroluq məbləğ son dövrün daha iki böyük transferi ilə eyni göstəriciyə malikdir. İspaniyanın “Real Madrid” klubu bu yay Almaniyanın “Leyptsiq” kollektivindən Yan Diomandeni, “Liverpul” isə ötən il “Bayer 04”dən Florian Virtsi eyni məbləğ qarşılığında heyətinə qatıb.

Futbol tarixinin ən bahalı transferləri siyahısına isə rekord məbləğlə PSJ-yə keçən Neymar başçılıq edir. Braziliyalı ulduzun “Barselona”dan Paris klubuna transferi 222 milyon avro təşkil edib.

İkinci pillədə Kilian Mbappenin “Monako”dan PSJ-yə 180 milyon avro qarşılığında keçidi, üçüncü sırada isə Usman Dembeleyə görə Dortmund “Borussiya”sının “Barselona”ya aldığı 148 milyon avro qərarlaşıb.

Beləliklə, Barkolanın transferi də futbol tarixinin 100 milyon avrodan yuxarı ən bahalı keçidləri sırasında yerini alıb.







Transfer