1 sentyabr 2026. Çərşənbə axşamı

“Çelsi” 18 yaşlı futbolçunu 47 milyon avroya transfer etdi


  • Transfer
  • 16:47 01.09.2026
  • Oxunma sayı: 39
“Çelsi” 18 yaşlı futbolçunu 47 milyon avroya transfer etdi

İngiltərənin “Çelsi” klubu İtaliyanın “Atalanta” komandasının 18 yaşlı müdafiəçisi Onest Ahonoru transfer edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisinin futbolçu üçün 47 milyon avro ödəyəcəyi bildirilib. Ahonor “zadəganlar”ın heyətinə 2027-ci ilin yayında qoşulacaq.

Gənc müdafiəçi 2026/2027 mövsümünü isə icarə əsasında digər London klubu “Kristal Pelas”ın formasında keçirəcək.

Onest Ahonor ötən mövsüm “Atalanta”nın heyətində 35 oyunda meydana çıxıb. Bu, onun Berqamo təmsilçisində ilk mövsümü olub.

Qeyd edək ki, gənc futbolçu 2025-ci ildə İtaliya milli komandasında debüt edib.







Transfer