- Transfer
- 22:59 01.09.2026
İspaniyanın “Barselona” klubu İngiltərənin “Arsenal” komandasının braziliyalı hücumçusu Qabriel Xesusu transfer edib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 29 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
“Arsenal” bu keçiddən 10 milyon avro əldə edəcək. London klubunun müqavilədə nəzərdə tutulan bonuslar hesabına əlavə gəlir qazanmaq imkanı da olacaq. Bonusların məbləği futbolçunun “Barselona”dakı çıxışından asılı olacaq.
Qeyd edək ki, Qabriel Xesus 2022-ci ilin yayından “Arsenal”da çıxış edirdi. Braziliyalı hücumçu London təmsilçisinin heyətində bütün turnirlərdə 123 oyuna çıxaraq 32 qol vurub və 22 məhsuldar ötürmə edib.