17 oktyabr 2026. Şənbə

“Valensiya” “Liverpul”un futbolçusunu icarəyə götürdü


  • Transfer
  • 22:59 01.09.2026
  • Oxunma sayı: 171
“Valensiya” “Liverpul”un futbolçusunu icarəyə götürdü

İspaniyanın “Valensiya” klubu İngiltərə “Liverpul”unda çıxış edən yarımmüdafiəçi Harvi Elliottun transferini rəsmiləşdirib.

 90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 23 yaşlı futbolçu yeni komandasında 2026/27 mövsümünün sonunadək icarə əsasında çıxış edəcək.

Harvi Elliott “Fulhem” akademiyasının yetirməsidir. O, 16 yaşında klubun əsas komandasında debüt edərək İngiltərə Premyer Liqasında meydana çıxan ən gənc futbolçulardan biri olub. 2019-cu ildə “Liverpul”a transfer olunan yarımmüdafiəçi Mersisayd təmsilçisinin heyətində ümumilikdə 149 rəsmi oyuna çıxıb.

Elliott “Liverpul”la iki dəfə İngiltərə çempionu olub və klub səviyyəsində bir sıra titullara sahib çıxıb.

İngiltərənin U-21 millisində də çıxış edən futbolçu iki dəfə Avropa çempionu olub. O, 2025-ci ildə keçirilən Avropa çempionatında turnirin ən yaxşı futbolçusu seçilib.

“Transfermarkt” portalı Harvi Elliottun hazırkı bazar dəyərini 20 milyon avro qiymətləndirir.







Transfer