2 sentyabr 2026. Çərşənbə

“Əl-İttihad” “Benfika”nın futbolçusunu icarəyə götürür


  • Transfer
  • 23:08 01.09.2026
  • Oxunma sayı: 33
“Əl-İttihad” “Benfika”nın futbolçusunu icarəyə götürür

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu “Benfika”nın yarımmüdafiəçisi Riçard Riosun transferi ilə bağlı razılığa gəlib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Maisfutebol” məlumat yayıb.

Məlumata görə, 26 yaşlı kolumbiyalı futbolçunun icarəsi bir mövsümlük olacaq və müqavilədə satınalma şərti nəzərdə tutulmayacaq. Hazırda Səudiyyə klubu Riosla şəxsi müqavilənin son detallarını razılaşdırmalıdır.

Futbolçu ilə Türkiyənin “Beşiktaş” və İngiltərənin “Hall Siti” klubları da maraqlanıb. Lakin Riosun karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcəyi gözlənilir. Onun “Benfika”dan ayrılmasının əsas səbəblərindən biri kifayət qədər oyun vaxtı almaması göstərilir.

“Benfika” icarə müqaviləsindən 3-4 milyon avro gəlir əldə edəcək. Bundan əlavə, Riosun icarədə olduğu müddətdə maaşını tam şəkildə “Əl-İttihad” ödəyəcək.

Riçard Rios ötən mövsüm “Palmeyras”dan 27 milyon avro qarşılığında “Benfika”ya transfer olunub. Kolumbiyalı yarımmüdafiəçinin Portuqaliya klubu ilə müqaviləsi 2030-cu ilin iyun ayınadək qüvvədədir.

Rios “Benfika”nın heyətində 51 rəsmi oyuna çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer