- Transfer
- 00:19 02.09.2026
“Mançester Siti” “Çelsi”nin argentinalı yarımmüdafiəçisi Enzo Fernandesin transferi ilə bağlı razılığa gəlib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Athletic” məlumat yayıb.
Məlumata görə, transferin məbləği 145 milyon avro təşkil edəcək. Fernandes artıq tibbi müayinədən keçmək üçün icazə alıb.
Bu məbləğ İngiltərə futbolunda transfer rekordu ilə eynidir. Ötən yay “Liverpul” Aleksandr İsakın transferi üçün “Nyukasl”a eyni məbləğ – 145 milyon avro ödəyib.
Enzo Fernandes 2023-cü ilin yanvarında “Benfika”dan “Çelsi”yə keçib. London klubu argentinalı futbolçu ilə 2032-ci ilədək müqavilə imzalayıb. Fernandes “Çelsi”nin heyətində 170 rəsmi oyuna çıxıb, 31 qol vurub və 30 məhsuldar ötürmə edib.
Argentinalı yarımmüdafiəçi “Mançester Siti”də baş məşqçi Enzo Mareska ilə yenidən bir araya gələcək. Fernandes Mareskanın rəhbərliyi altında “Çelsi”də 18 ay çalışıb.
Qeyd edək ki, transfer rəsmiləşəcəyi təqdirdə Enzo Fernandes Britaniya futbolu tarixinin ən bahalı transferlərindən biri olacaq.