2 sentyabr 2026. Çərşənbə

“Beşiktaş” və “Qalatasaray”ın istədiyi futbolçu “Yuventus”a keçdi


  • Transfer
  • 23:37 01.09.2026
  • Oxunma sayı: 44
“Beşiktaş” və “Qalatasaray”ın istədiyi futbolçu “Yuventus”a keçdi

“Beşiktaş” və “Qalatasaray”ın transfer gündəmində yer alan Pape Matar Sarrın yeni klubu müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi İngiltərənin “Tottenhem” klubundan İtaliya nəhəngi “Yuventus”a icarəyə keçib. Turin təmsilçisi seneqallı futbolçunu mövsümün sonunadək heyətinə qatıb.

“Yuventus”un yaydığı məlumata görə, icarə müqaviləsinə əsasən “Tottenhem”ə 2,5 milyon avro ödəniləcək. Razılaşmada əlavə olaraq 300 min avroluq ödəniş də nəzərdə tutulub.

İtaliya klubu müqavilədəki satınalma şərtindən istifadə edəcəyi və ya müəyyən şərtlər reallaşacağı təqdirdə Sarrın transfer hüquqlarını 27,5 milyon avro qarşılığında əldə edə biləcək.

Qeyd edək ki, Pape Matar Sarr ötən mövsüm “Tottenhem”in heyətində 37 oyuna çıxıb. Seneqallı futbolçu bu görüşlərdə 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Sarr yay transfer pəncərəsinin son günlərində “Beşiktaş” və “Qalatasaray”ın da yarımmüdafiəçi axtarışında əsas namizədlərindən biri olub.







Transfer