2 sentyabr 2026. Çərşənbə

“Qalatasaray” və “Fənərbağça”nın ÇL-dəki rəqibindən 77 milyonluq transfer


  • Transfer
  • 23:39 01.09.2026
  • Oxunma sayı: 41
“Qalatasaray” və “Fənərbağça”nın ÇL-dəki rəqibindən 77 milyonluq transfer

UEFA Çempionlar Liqasında “Qalatasaray” və “Fənərbağça” ilə qarşılaşacaq İngiltərənin “Aston Villa” klubu iki futbolçu transfer edib.

90deqiqe.Az-ın məlumatına görə, Birmingem təmsilçisi PSJ-də çıxış edən 18 yaşlı seneqallı cinah oyunçusu İbrahim Mbaye və “Sauthempton”un 24 yaşlı müdafiəçisi Teylor Harvud-Bellis ilə 5 illik müqavilə imzalayıb.

İngiltərə mətbuatının məlumatına görə, “Aston Villa” hər iki futbolçunun transferinə ümumilikdə 77 milyon funt sterlinq xərcləyib.

Mbaye ötən mövsüm Fransa çempionu və UEFA Çempionlar Liqasının qalibi olan PSJ-nin heyətində 31 oyuna çıxıb və 3 qol vurub.

2026-cı il dünya çempionatında Seneqal millisinin keçirdiyi 4 qarşılaşmanın hamısında meydana çıxan Mbaye Fransa ilə matçda (1:3) qol vurub. Bununla da o, dünya çempionatları tarixində qol vuran ən gənc afrikalı futbolçu olub.

İngiltərəli mərkəz müdafiəçisi Teylor Harvud-Bellis isə “Arsenal”a transfer olunan Ezri Konsanın “Aston Villa”dakı mövqeyini dolduracaq.

Qeyd edək ki, “Aston Villa” Premyer Liqanın şənbə günü keçiriləcək oyununda səfərdə “Hall Siti” ilə qarşılaşacaq.







Transfer