2 sentyabr 2026. Çərşənbə

“Liverpul” 18 yaşlı qapıçı üçün 35 milyon avro ödəyəcək


  • Transfer
  • 23:56 01.09.2026
  • Oxunma sayı: 31
“Liverpul” 18 yaşlı qapıçı üçün 35 milyon avro ödəyəcək

“Liverpul” Belçikanın “Genk” klubu ilə 18 yaşlı qapıçı Luki Brügmansın transferi ilə bağlı razılığa gəlib.

 90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, tansferin ümumi məbləği bonuslarla birlikdə 35 milyon avro təşkil edəcək. Brügmans İngiltərə klubu ilə 2032-ci ilin yayına qədər müqavilə imzalayıb.

Bununla belə, belçikalı qapıçı 2026/27 mövsümünü “Genk”də icarə əsasında keçirəcək. O, “Liverpul”a yalnız gələn ilin yayında qoşulacaq.

Boyu 2 metr olan Brügmans cari mövsümdə “Genk”in keçirdiyi 4 oyunun hamısında meydanda olub. Bu görüşlərdə 8 qol buraxan qapıçı 1 matçda qapısını toxunulmaz saxlayıb.

Brügmans Belçikanın bütün yaş qrupları üzrə aşağı yaş milli komandalarında çıxış edib.







Transfer