- Transfer
- 00:38 02.09.2026
“Yuventus”un hücumçusu Conatan Devid karyerasını İspaniyada davam etdirəcək.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Madridin “Atletiko” klubu 26 yaşlı futbolçunu mövsümün sonunadək icarəyə götürwb. Razılaşmada kanadalı futbolçunun satınalma bəndinin də yer aldığı bildirilib.
Conatan Devid ötən ilin yayından “Yuventus”un formasını geyinirdi. Hücumçu Turin klubunun heyətində bütün turnirlərdə 47 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
Devidin “Yuventus”la müqaviləsi 2030-cu ilin ortalarınadək qüvvədədir.
Daha əvvəl yayılan məlumatlara görə, “Atletiko Madrid” mövsümün sonunda kanadalı forvardın transfer hüquqlarını təxminən 25 milyon avro qarşılığında əldə edə bilər.