- Transfer
- 00:38 02.09.2026
“Fiorentina”nın islandiyalı vingeri Albert Qudmundsson karyerasını “Latsio”da davam etdirəcək.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Florensiya klubu 29 yaşlı futbolçunun İtaliya təmsilçisinə mövsümün sonunadək icarəyə verildiyini açıqlayıb. Razılaşmada Qudmundssonun satınalma hüququnun da yer aldığı bildirilib.
Albert Qudmundsson 2024-cü ildən “Fiorentina”nın formasını geyinir. O, daha əvvəl PSV, “AZ Alkmaar” və “Cenoa” kimi klublarda çıxış edib.
İslandiyalı futbolçu “Fiorentina”nın heyətində 81 rəsmi oyuna çıxıb, 19 qol vurub və 9 məhsuldar ötürmə edib.
Qudmundsson İslandiya millisində isə 46 matçda meydana çıxıb və 14 qola imza atıb.
İnsayder Fabritsio Romanonun məlumatına görə, “Latsio” mövsümün sonunda futbolçunun transfer hüquqlarını 12 milyon avro qarşılığında əldə edə bilər.