2 sentyabr 2026. Çərşənbə

“Tottenhem”in müdafiəçisi Premyer Liqanın digər klubuna keçdi


  • Transfer
  • 00:06 02.09.2026
  • Oxunma sayı: 37
“Tottenhem”in müdafiəçisi Premyer Liqanın digər klubuna keçdi

“Tottenhem”in mərkəz müdafiəçisi Kevin Danso karyerasını İngiltərənin digər Premyer Liqa klubu “Sanderlend”də davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, “qara pişiklər” 27 yaşlı futbolçunu mövsümün sonunadək icarəyə götürüb.

Razılaşmaya əsasən, “Sanderlend” mövsümün sonunda Premyer Liqadakı yerini qoruyacağı təqdirdə avstriyalının transfer hüquqlarını 22 milyon funt sterlinqə (25,6 milyon avro) almağa məcbur olacaq.

Kevin Danso ötən il Fransanın “Lans” klubundan 25 milyon avro qarşılığında “Tottenhem”ə transfer olunub. Bundan əvvəl isə London təmsilçisində icarə əsasında çıxış edib.

Avstriyalı müdafiəçi “Tottenhem”in heyətində ümumilikdə 52 rəsmi oyuna çıxıb.







Transfer