- Transfer
- 00:38 02.09.2026
“Arsenal”ın yarımmüdafiəçisi İtan Nvaneri Almaniyanın “Borussiya Dortmund” klubuna icarəyə keçib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 19 yaşlı futbolçu mövsümün sonunadək Dortmund klubunda çıxış edəcək.
“Arsenal” akademiyasının yetirməsi olan Nvaneri 2024-cü ilin martında, 17 yaşında klubla ilk peşəkar müqaviləsini imzalayıb. O, 15 yaş 181 günlük olarkən İngiltərə Premyer Liqası tarixində meydana çıxan ən gənc futbolçu olub. Eyni zamanda Nvaneri “Arsenal” tarixində bütün turnirlər nəzərə alınmaqla əsas komandada oynayan ən gənc futbolçudur.
İtan Nvaneri ötən mövsümün ikinci yarısını Fransanın “Marsel” klubunda icarə əsasında keçirib. O, Fransa təmsilçisinin heyətində bütün turnirlərdə 11 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Futbolçu 2025/26 mövsümündə “Arsenal”ın heyətində 12 matçda meydana çıxaraq 1 qola imza atıb.