- Transfer
- 00:38 02.09.2026
İtaliyanın “Latsio” klubu fransalı müdafiəçi Samuel Jiqo ilə yollarını ayırıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 32 yaşlı futbolçu ilə müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilib.
Jiqo belindəki zədə səbəbindən cari mövsümdə hələ meydana çıxmayıb.
Fransalı müdafiəçi 2023-cü ildən “Latsio”nun formasını geyinirdi. O, Roma təmsilçisinin heyətində 23 rəsmi oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Samuel Jiqo karyerası ərzində Moskva “Spartak”ı, “Marsel”, “Gent” və digər klublarda da çıxış edib.
Qeyd edək ki, “Transfermarkt” portalı 32 yaşlı müdafiəçinin bazar dəyərini 1,2 milyon avro qiymətləndirir.