2 sentyabr 2026. Çərşənbə

“Çelsi”nin qapıçısı İtaliya klubuna keçdi


  • Transfer
  • 00:16 02.09.2026
  • Oxunma sayı: 33
“Çelsi”nin qapıçısı İtaliya klubuna keçdi

“Çelsi”nin qapıçısı Robert Sançes karyerasını İtaliyada davam etdirəcək.

 90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, London klubu 28 yaşlı qolkiperin “Komo”ya 1 illik icarəyə verilib.

Bundan başqa, “Çelsi”nin yarımmüdafiəçisi Dariu Esuqu mövsümün sonunadək Fransanın “Strasburq” klubunda icarə əsasında çıxış edəcək. Hücumçu Dujon Riçards isə 2026/27 mövsümünü İngiltərənin “AFC Uimbldon” komandasında keçirəcək.

Robert Sançes ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 50 oyuna çıxıb. İspaniyalı qapıçı bu görüşlərin 15-də qapısını toxunulmaz saxlayıb.

Sançesin London klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, “Transfermarkt” portalı 28 yaşlı qapıçının bazar dəyərini 22 milyon avro qiymətləndirir.







Transfer