- Transfer
- 00:38 02.09.2026
“Mançester Siti”nin sol cinah müdafiəçisi Rayan Ait-Nuri “Mançester Yunayted”in diqqətini çəkib.
90deqiqe.Az-ın məlumatına görə, “qırmızı şeytanlar” transfer pəncərəsinin son günündə 25 yaşlı futbolçu ilə bağlı “Mançester Siti”yə sorğu göndərib.
Tərəflər arasında danışıqlar hələ ilkin mərhələdədir. “Mançester Siti” nümayəndələri isə bu transferin baş tutacağına ehtimal vermirlər.
“Transfermarkt” portalı Əlcəzair millisinin üzvünün bazar dəyərini 40 milyon avro qiymətləndirir. “Mançester Siti” ötən yay Ait-Nurini “Vulverhempton”dan 36,8 milyon avro qarşılığında transfer edib.
Qeyd edək ki, Ait-Nuri cari mövsümdə Enzo Mareskanın rəhbərlik etdiyi “Mançester Siti”nin keçirdiyi üç rəsmi oyunun heç birində meydana çıxmayıb və bütün görüşlərdə ehtiyat oyunçular skamyasında qalıb.