- Transfer
- 00:38 02.09.2026
“Everton”un vingeri İliman Ndiaye “Mançester Siti”yə transfer olunub.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 26 yaşlı futbolçunun transferi sosial şəbəkə hesablarında rəsmən açıqlanıb. Seneqallı hücumameyilli futbolçu Mançester təmsilçisi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.
Daha əvvəl yayılan məlumatlara görə, “Mançester Siti” İliman Ndiayenin transferi üçün 75 milyon avrodan çox vəsait ödəyəcək.
Ndiaye “Everton”da keçirdiyi iki il ərzində 74 oyuna çıxıb. O, bu görüşlərdə 17 qol vurub və 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Enzo Mareskanın rəhbərlik etdiyi “Mançester Siti” Premyer Liqanın ilk iki turundan sonra 6 xalla turnir cədvəlinə başçılıq edir. Komandanın top fərqi 6:2-dir.