2 sentyabr 2026. Çərşənbə

“Nyukasl” Belçika millisinin hücumçusunu transfer etdi


  • Transfer
  • 00:25 02.09.2026
  • Oxunma sayı: 26
“Nyukasl” Belçika millisinin hücumçusunu transfer etdi

İngiltərə Premyer Liqası təmsilçisi “Nyukasl” Belçika millisinin hücumçusu Matias Fernandes-Pardonu heyətinə qatıb.

 90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki,  21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Fernandes-Pardo son olaraq Fransanın “Lill” klubunda çıxış edib.

Belçikalı futbolçu transferi ilə bağlı açıqlamasında “Nyukasl”a keçidindən məmnun olduğunu bildirib:

“Burada olduğum üçün çox xoşbəxtəm və belə böyük klubun formasını geyinəcəyim üçün qürur duyuram. Baş məşqçi ilə danışdım və məni burada görmək istədiyini açıq şəkildə hiss etdim. Karyeramın inkişafı baxımından bura keçmək mənim üçün ən doğru qərar idi. Buna görə heç bir tərəddüd yaşamadım”.

Fernandes-Pardo “Lill”də keçirdiyi son iki mövsümdə bütün turnirlərdə 71 oyuna çıxıb və 12 qol vurub.







Transfer