2 sentyabr 2026. Çərşənbə

“Everton” “Mançester Yunayted”in hücumçusuna təklif göndərdi


  • Transfer
  • 00:30 02.09.2026
  • Oxunma sayı: 41
“Everton” “Mançester Yunayted”in hücumçusuna təklif göndərdi

“Everton” “Mançester Yunayted”in hücumçusu Coşua Zirkze üçün rəsmi təklif göndərib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Sky Sports” məlumat yayıb. Təklifin maliyyə detalları ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Zirkzeylə bağlı xəbərlər “Everton”un “Monako”nun hücumçusu Folarin Balogunu transfer etmək cəhdinin baş tutmaması ilə bağlı yayılan məlumatların fonunda gündəmə gəlib. Bildirilir ki, Balogun tibbi müayinədən keçə bilmədiyi üçün transfer təhlükə altına düşüb.

Son günlər Zirkzeylə “Yuventus” və “Fiorentina” da yaxından maraqlanıb. Niderlandlı futbolçu “Fiorentina”nın təklifindən imtina edib. “Yuventus” isə yekunda Nik Voltemadeni icarəyə götürməyə üstünlük verib.

25 yaşlı Zirkzey cari mövsümdə hələ rəsmi oyunlarda meydana çıxmayıb. O, ötən mövsüm “Mançester Yunayted”in heyətində 26 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.







Transfer