2 sentyabr 2026. Çərşənbə

Dani Sebalyos “Betis”ə qayıdır


  • Transfer
  • 00:34 02.09.2026
  • Oxunma sayı: 52
Dani Sebalyos “Betis”ə qayıdır

İspaniyalı yarımmüdafiəçi Dani Sebalyos karyerasını yetirməsi olduğu “Betis” klubunda davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə,30 yaşlı futbolçu ilə İspaniya təmsilçisi arasında üçillik müqavilə ilə bağlı razılıq əldə olunub. Məşhur insayder Fabritsio Romano bildirib ki, tərəflər arasında imzalanacaq sözləşmə 2029-cu ilin iyun ayınadək qüvvədə olacaq.

Sebalyos “Betis”ə “Real Madrid”dən azad agent statusunda keçəcək.

Qeyd edək ki, Dani Sebalyos “Betis”in akademiyasının yetirməsidir. O, 2017-ci ilin yayına qədər klubun əsas komandasında çıxış edib və daha sonra “Real Madrid”ə transfer olunub.

İspan yarımmüdafiəçi Madrid klubunun heyətində bütün turnirlərdə 200-dən çox oyun keçirib.







Transfer