- Transfer
- 00:38 02.09.2026
“Real Madrid”in futbolçusu Manuel Anxel karyerasını İngiltərədə davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi “Fulhem”lə müqavilə imzalayıb. London klubunun rəsmi saytında yayılan məlumata görə, ispaniyalı futbolçu ilə sözləşmə 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Müqavilədə müddətin avtomatik olaraq daha bir il uzadılması bəndi də yer alıb.
Manuel Anxel “Real Madrid”in əsas komandasında 7 oyuna çıxıb. Klubun ikinci komandasında isə 85 matç keçirən yarımmüdafiəçi 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, futbolçu “Fulhem”də “Real Madrid”də birgə çalışdığı baş məşqçi Alvaro Arbeloa ilə yenidən bir araya gələcək.