- Transfer
- 22:10 02.09.2026
Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandes “Çelsi”dən ayrılaraq karyerasını “Mançester Siti”də davam etdirəcək.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Transferin məbləği 125 milyon funt-sterlinq (təxminən 146 milyon avro) təşkil edib. Bununla da İngiltərə futbolunda transfer rekordu təkrarlanıb. Təxminən bir il əvvəl “Liverpul” Aleksander İsakı “Nyukasl”dan eyni məbləğ qarşılığında heyətinə qatmışdı.
Enzo Fernandes 2023-cü ilin qışından “Çelsi”nin formasını geyinirdi. Argentinalı futbolçu London klubunun heyətində bütün turnirlərdə 170 oyuna çıxıb, 31 qol vurub və 30 məhsuldar ötürmə edib.
Fernandes “Çelsi” ilə UEFA Konfrans Liqasının və Klublararası Dünya Çempionatının qalibi olub.
Yarımmüdafiəçi İngiltərəyə köçməzdən əvvəl Portuqaliyanın “Benfika”, Argentinanın “River Pleyt” və “Defensa i Xustisiya” klublarında çıxış edib.
Enzo Fernandes Argentina millisinin heyətində isə 2022-ci ildə dünya çempionu olub.